Şri-Lanka prezidenti ölkəni tərk etdi

 10:29 13.07.2022     379

Şri-Lanka Prezidenti Qotabai Rajapaksa ailəsi ilə birlikdə ölkəsini tərk edib.

Redaktor.az "interfax"a istinadla xəbər verir ki, bu barədə Şri-Lanka hökumətinin təhlükəsizlik xidmətinin əməkdaşı məlumat verib.

O qeyd edib ki, prezident ailəsi ilə birlikdə Hərbi Hava Qüvvələrinin “An-32” hərbi-nəqliyyat təyyarəsi ilə Maldiv adalarına uçub.

Xatırladaq ki, iyulun 9-da minlərlə etirazçı Şri-Lankanın paytaxtı Kolombo küçələrinə çıxaraq hazırkı dövlət başçısının istefasını tələb edib. Onlar prezidentin və baş nazirin iqamətgahlarını ələ keçiriblər. Yüzdən çox insan yaralanıb. Bundan sonra Şri-Lanka Prezidenti Qotabai Rajapaksa vəzifəsini tərk edəcəyini açıqlayıb.

Dünən Qotabaya Rajapaksa 13 iyul tarixli istefa məktubunu imzalayıb.

Vumart və Güvən reklamı Vumart Güvən