Rus işğalçıların Ukraynadakı son itkiləri açıqlandı - SİYAHI
Rusiya ordusunun Ukraynadakı itkiləri açıqlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində bildirilib.
Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 37570 (+100) canlı qüvvəsi, 1 649 tankı, 3 832 (+3) zirehli döyüş maşını, 839 (+1) artilleriya sistemi, 247 reaktiv yaylım atəşi sistemi, 109 havadan müdafiə sistemi, 217 hərbi təyyarəsi, 188 helikopteri, 678 (+2) dronu, 155 qanadlı raketi, 15 gəmi/kateri, 2704 (+5) avtomobil texnikası və yanacaq çəni və 67 (+1) xüsusi texnikası məhv edilib.
Məlumata görə, Rusiya qoşunları ötən gün ən böyük itkisini Nikolaev istiqamətində verib.
T.İSMAYIL













