Almaniya Rusiya neftindən imtina edəcək - Tarix AÇIQLANDI
Almaniya avqustun 1-dən etibarən Rusiya kömürünün alınmasını tamamilə dayandıracaq.
Redaktor.az "Reuters"ə istinadla xəbər verir ki, bu barədə Almaniyanın maliyyə nazirinin müavini Yorq Kukis Avstraliyanın paytaxtı Sidneydə keçirilən mətbuat konfransında deyib.
Kukisin digər açıqlaması isə Rusiya nefti ilə əlaqədar olub.
Yorq Kukis bəyan edib ki, Almaniya dekabrın 31-dən etibarən Rusiya neftindən də imtina edəcək.
“Ölkəmiz indi qaz çatışmazlığını aradan qaldırmaq üçün alternativ qaz təchizatçıları axtaracaq”, - deyə nazir müavini vurğulayıb.












