Türkiyədə meşə yanğını başladı

 14:38 13.07.2022     359

Türkiyənin Muğla şəhərində meşə yanğını başlayıb.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, hadisə Datça vilayətində qeydə alınıb.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Prosesə helikopterlər də cəlb olunub.

Hadisənin səbəbi hələ ki məlum deyil.

Vumart və Güvən reklamı Vumart Güvən