Putin İranın ali dini lideri ilə görüşəcək

 15:44 13.07.2022     328

Rusiya Prezidenti Vladimir Putin İran İslam Respublikasına səfəri zamanı bu ölkənin ali dini lideri Ayətullah Əli Xameneyi ilə görüşəcək.

Redaktor.az bu barədə xarici mediaya istinadən xəbər verir.

“Biz Putinin İran İslam Respublikasının ali lideri ilə görüşməsini gözləyirik. Onun prezident Rəisi və Türkiyə prezidenti Ərdoğanla görüşləri də planlaşdırılır”, -
Rusiyanın Tehrandakı səfiri Levan Caqaryan bildirib.

Diplomat Putinin səfəri zamanı Rusiya və İran prezidentlərinin altıncı Xəzər sammitində qaldırdıqları həm ikitərəfli, həm də regional məsələlərin geniş spektri üzrə fikir mübadiləsinin davam etdiriləcəyinə dair “ən yüksək gözləntilərə malik olduğunu” deyib.

Qeyd edək ki, Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Putin iyulun 19-da Tehrana səfər edəcək.

Nərmin Vüqarqızı

Vumart və Güvən reklamı Vumart Güvən