Niderlandda "omikron" ştamının yeni alt növü müəyyən edildi

 23:00 13.07.2022     619

Niderlandda, eyni zamanda "kentavr" kimi tanınan "omikron" BA.2.75 koronavirus ştamının alt növü müəyyən edilib.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Səhiyyə və Ətraf Mühit İnstitutu məlumat yayıb.

Alt növ iyunun 26-da götürülmüş nümunələrdə aşkar edilib. Nə qədər insanın buna yoluxduğu barədə məlumat verilmir.

Bu variant əvvəllər Avstraliya, Böyük Britaniya, Almaniya, Hindistan, Kanada, Yeni Zelandiya, ABŞ və Yaponiyada tapılıb. İlkin məlumatlara görə, BA.2.75 variantı immun sisteminə qalib gəlmək qabiliyyətinə malikdir və daha yoluxucu ola bilər.

Vumart və Güvən reklamı Vumart Güvən