Almaniyanın vitse-kansleri koronavirusa yoluxdu

 23:17 13.07.2022     325

Almaniyanın vitse-kansleri, iqtisadiyyat və iqlim mühafizəsi naziri Robert Habek koronavirusa yoluxub.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyi məlumat yayıb.

Habekin koronavirus üçün verdiyi testin cavabı müsbət çıxıb.

Nazirdə soyuqdəymə əlamətləri var və özünü təcrid edib.

Vumart və Güvən reklamı Vumart Güvən