Ukraynada son sutkada daha 300 işğalçı MƏHV EDİLDİ

 11:16 14.07.2022     520

Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb.

Redaktor.az  Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Facebook səhifəsinə istinadən xəbər verir ki, son sutkada ukraynalı müdafiəçilər 300-ə yaxın rus işğalçısını məhv ediblər.

Məlumatda o da qeyd olunur ki, fevralın 24-dən iyulun 13-dək düşmənin ümumi döyüş itkiləri təqribən 37 870 nəfər olub. Rusların ümumi itkiləri: 

Tanklar - 1667 (+18),
Zirehli döyüş maşınları - 3852 (+20),
Artilleriya sistemləri - 840 (+1),
MLRS - 247,
Hava hücumundan müdafiə sistemləri - 109,
Təyyarə - 219 (+2),
Vertolyotlar - 188,
Əməliyyat-taktiki səviyyəli PUA-lar - 681 (+3),
Qanadlı raketlər - 155,
Gəmilər / qayıqlar - 15,
Avtomobil avadanlığı və tankerlər - 2704 (+16),
Xüsusi texnika - 67.

"Düşmən ən böyük itkini Kramatorsk istiqamətində verib. Məlumat dəqiqləşdirilir. İşğalçını döyün! Birlikdə qalib gələcəyik! Gücümüz həqiqətdədir!",  - Baş Qərargahın xəbərində qeyd edilib.

İLTİFAT

 

2
Vumart və Güvən reklamı Vumart Güvən