Ruslar Ukraynadakı mülki əraziləri raketlə vurdu – FOTO

 11:55 14.07.2022     449

Bu gün səhər saatlarında ruslar Ukraynanın Nikolayev vilayətinə 10-dan çox raket atıb. 

Redaktor.az UNİAN-a istinadən xəbər verir ki, bunu Ukraynanın Cənub Müdafiə Qüvvələrinin birgə əlaqələndirici mətbuat mərkəzinin rəhbəri Nataliya Qumenyuk deyib.

"Sübh çağı Nikolayevə  10 dan çox S-300 zenit-raketləri atıldı. Bu raketlər böyük partlayıcı təsirə malikdir. Yenə də şəhərin mərkəzində böyük insan tələfatına səbəb ola biləcək mülki obyektləri "Nikolayev" otelini, iki təhsil müəssisəsini , trolleybus deposunu vurdular ", - məlumatda deyilir.

Nərmin Vüqarqızı

222
Vumart və Güvən reklamı Vumart Güvən