Ruslar Ukraynanın Vinnitsa şəhərini raketlərlə yerlə yeksan etdilər - VİDEO - YENİLƏNİB

 18:04 14.07.2022     762

Rusiyanın raket hücumu nəticəsində Ukraynanın Vinnitsa şəhərində ölənlərin sayı 21 nəfərə çatıb. 

Redaktor.az “RBK Ukraine”yə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi başçısının müavini Kirill Timoşenko məlumat verib. 

Onun sözlərinə görə, ölənlərdən 3-ü uşaqdır.

Ukrayna Dövlət Föpvqəladə Hallar Xidmətindən bildirilib ki, 52 nəfər hospitala yerləşdirilib, onların 34-nün vəziyyəti ağırdır.

Hücum nəticəsində 55 yaşıyış binasına və 40 avtomobilə ziyan dəyib.

Xilasedicilərin sözlərinə görə, 46 nəfərin axtarışı davam edir. Bildirilib ki, 115 yaralı hospitala müraciət edib. 

Vurğulanıb ki, “Kalibr” qanadlı raketləri Rusiya hərbçiləri Ukraynanın Jitomir şəhərinə atmaq istəyib, ancaq sonradan raketlər istiqamətini dəyişib.

***

Rusiya hərbi qüvvələri Ukraynanın Vinnitsa şəhərinə raket zərbələri endirib.

Redaktor.az UNİAN-a istinadən xəbər verir ki, Vinnitsada bir neçə partlayış səsi eşidilib.

Partlayışlarla bağlı rəsmi məlumat Vinnitsa Şəhər Şurasının "Telegram" kanalında da yer alıb.

"Vinnitsada partlayış səsləri eşidilib. Gizləndiyiniz yerdən çıxmayın. Foto və videoları yaymayın", - səlahiyyətlilər yazıb.

Vinnitsa regional administrasiyasının rəhbəri Sergey Borzov ölən və yaralıların olduğunu bildirib. "Rəqəmlər dəqiqləşdirilir. Şəhərə dörd raket atılıb", - o deyib.

İlkin məlumata görə, 6 nəfər yaralanıb, 2 nəfər ölüb.