Zelenski: "Rusiya hər gün ukraynalı uşaqları öldürür" - VİDEO
Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya Federasiyasının Vinnitsa şəhərinin mərkəzinə raket zərbələri endirdiyini bildirib.
Redaktor.az “Ukrinform”a istinadla xəbər verir ki, bu barədə Zelenski “Telegram”da açıqlama verib.
Onun məlumatına görə, yaralılar və ölənlər var, onların arasında azyaşlı uşaq da var.
"Vinnitsa şəhərinin mərkəzinə raket zərbələri endirilir. Yaralılar və ölənlər var, onların arasında - kiçik uşaq da var. Rusiya hər gün dinc əhalini məhv edir, ukraynalı uşaqları öldürür, mülki obyektlərə raketlər yönəldir. Hərbi heç nə yoxdur. Bu, açıq terror aktıdır".
O, faciə yerindən video da yayıb.
Xəbər verdiyimiz kimi, iyulun 14-də səhər saatlarında Ukraynanın bir çox şəhərlərində hava həyəcan siqnalları səslənib. Bundan bir müddət sonra Vinnitsada partlayışlar olduğu məlum olub.
Turan ASLAN












