Erməni əsgərin güllələnmiş meyiti aşkarlandı
Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində xidmət edən əsgərin meyiti aşkarlanıb.
Redaktor.az xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
Bildirilib ki, iyulun 14-də 2003-cü ildə anadan olmuş müddətdən artıq xidmət edən sıravi əsgər Arsen Manukyanın meyiti aşkar edilib. Onun kəllə nayihəsində güllə yarası olub.
Faktla ilə bağlı araşdırma aparılır.













