Rusiya Vinnitsanı sualtı qayıqdan “Kalibr” raketləri ilə vurub - VİDEO

Rus işğalçıları Vinnitsa şəhərinin mərkəzini sualtı qayıqdan “Kalibr” qanadlı raketləri ilə vurublar.
Redaktor.az “Ukrinform”a istinadla xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanlığı “Facebook”da məlumat yayıb.
“Bu gün, iyulun 14-də səhər saat 11 radələrində Rusiyanın Qara dəniz bölgəsindən işğalçı qüvvələri Vinnitsa şəhərinin mərkəzində sualtı qayıqdan “Kalibr” qanadlı raketləri ilə zərbə endirib”, - deyə komandanlığın sözçüsü Yuri İqnat bildirib.
Onun sözlərinə görə, iki raket Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin zenit-raket qoşunları tərəfindən məhv edilib.
Qeyd edək ki, Rusiya raketləri Vinnitsa şəhərinin mərkəzindəki “Yuvileiny” yaşayış binasına düşüb. Son məlumatlara görə, üçü uşaq olmaqla 20 nəfər ölüb.
Yaxınlıqdakı evlərə ziyan dəyib, dayanacaqda onlarla avtomobil yanıb. Prezident Volodimir Zelenskii Vinnitsaya raket hücumunu Rusiya Federasiyasının terror aktı adlandırıb.
Turan ASLAN