Latviya parlamenti Rusiyadan qaz idxalını qadağan etdi

 17:50 14.07.2022     253

Latviya parlamenti yekun oxunuşda “Energetika” haqqında qanuna düzəlişləri qəbul edib.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı “Delfi” portalı yayıb.

Məlumata görə, sözügedən qanun 2023-cü il yanvarın 1-dən Rusiyadan qaz idxalına tam olaraq qadağa qoyur. 

Qanuna dəyişikliyi Yeni Mühafizəkarlar Partiyasının deputatları təklif edib.