Almaniya rusların Ukraynadakı hərbi cinayətlərinin araşdırılmasına vəsait ayıracaq

 19:37 14.07.2022     165

"Almaniya Ukraynadakı hərbi cinayətləri araşdırmaq üçün Beynəlxalq Cinayət Məhkəməsinə əlavə 1 milyon avro ayıracaq".

Redaktor.az “Ukrinform”a istinadən xəbər verir ki, bunu Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi Tobias Lindner Haaqada keçirilən beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, Almaniya ağır cinayətləri törədənlərin cəzasız qalmaması üçün hər şeyi edəcək: "Rusiyanın cinayətlərinə dair sübutların toplanması, təhlili vacibdir".

Xatırladaq ki, Haaqada Rusiyanın Ukraynadakı hərbi cinayətlərinə dair beynəlxalq konfrans keçirilir.