3500-dən çox "Boko Haram" döyüşçüsü Nigeriya hökumətinə təslim oldu

 20:02 14.07.2022     454

İyulun 1-dən iyulun 14-dək ölkənin şimal-şərqində "Hadin Kai" kod adlı əməliyyat çərçivəsində 3500-dən çox "Boko Haram" yaraqlısı ailələri ilə birlikdə Nigeriya hökumət qüvvələrinə təslim olub.

Redaktor.az xəbər verir ki, bu barədə iyulun 14-də Nigeriyanın paytaxtı Abucada keçirilən mətbuat konfransında Baş Qərargahın media ilə əlaqələr üzrə rəhbəri general-mayor Bernard Onyeuko bildirib.

"Təslim olanlar arasında "Boko Haram"-ın altı yüksək rütbəli komandiri var. Kütləvi təslim 42 yaraqlının öldürüldüyü döyüşlərdən sonra baş verib", - deyə yerli "Blueprint" portalı generala istinadən yazıb.

Onyeuko əlavə edib ki, həmçinin xeyli miqdarda silah və sursat da ələ keçirilib.

Qeyd ed\k ki, Qərbi Afrikadakı ən böyük islamçı terror qruplaşması olan "Boko Haram" 2002-ci ildə Nigeriyanın şimal-şərqində yaranıb.