Belarus jurnalist Rusiya hərbi texnikasını lentə aldığına görə HƏBS EDİLDİ

 20:31 14.07.2022     269

Brest vilayətinin məhkəməsi jurnalist Yuri Qontsareviçi ekstremist fəaliyyətə kömək etməkdə təqsirli bilib və iki il altı ay müddətinə azadlıqdan məhrum edib.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, o, respublikada Rusiya hərbi texnikasının şəklini çəkib və şəkilləri "ekstremist" kimi tanınan resurslarda dərc olunmaq üçün göndərib.

"Rusiya hərbi texnikasının fotolarını çəkib göndərən jurnalist Yuri Qotsareviç 2,5 il müddətinə azadlıqdan məhrum edilib. Brest vilayət məhkəməsi onu 361-4-cü maddənin 1-ci bəndində ("Ekstremist fəaliyyətə yardım") nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilib",- deyə Lukaşenkonun tapşırığı ilə  ləğv edilmiş Belarus Jurnalistlər Assosiasiyası Telegram kanalında bildirilib.

Qeyd edək ki, Qontsareviç əvvəllər Belarusun həftəlik “Intex-press” qəzetində foto-müxbir işləyib. O, aprelin sonunda saxlanılıb, mayın əvvəlində isə ona qarşı cinayət işi açılıb. 

İLTİFAT