ABŞ vətəndaşlarına Ukraynanı dərhal tərk etməyi tövsiyə etdi

 22:50 14.07.2022     369

ABŞ öz vətəndaşlarını Ukraynaya daxil getməməyi tövsiyyə edib. Eyni zamanda, artıq ölkədə olan amerikalılardan dərhal ölkəni tərk etmələri xahiş olunub.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ-ın Ukraynadakı səfirliyinin açıqlamasında bildirilir.

Son günlər Rusiya hərbi hücumlarının, raket hücumlarının intensivləşməsi, ölkədəki aktiv hərbi əməliyyatlar və qeyri-müəyyən təhlükəsizlik şəraiti səbəbindən Ukraynada təhlükəsizlik vəziyyətin ağırlaşması səfirliyi bu addımı atmağa vadar edib.

Səfirlik amerikalıları kütləvi toplaşmalardan və mütəşəkkil tədbirlərdən çəkinməyə çağırıb, çünki onlar Ukraynanın istənilən bölgəsində, o cümlədən qərb bölgələrində işğalçı qüvvələrin hədəfinə çevrilə bilərlər.

AYXAN