İran İsveçə nota verdi

 23:39 14.07.2022     171

İran İsveçə nota verib.

Redaktor.az xəbər verir ki,  İsveç məhkəməsinin Həmid Nuri ilə bağlı qərarının ardınca bu ölkənin müvəqqəti işlər vəkili İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Ona İranın rəsmi etiraz notası təqdim olunub.

İsveçin müvəqqəti işlər vəkili Həmid Nurinin işindən apellyasiya şikayətinin verilə biləcəyini xatırladıb.

Onun sözlərinə görə, İranın rəsmi etirazını tez bir zamanda ölkəsinə çatdıracaq.