Daha bir ölkədə meymunçiçəyi aşkarlandı

 09:18 15.07.2022     391

Səudiyyə Ərəbistanında meymunçiçəyi virusuna ilk yoluxma halı qeydə alınıb.

Redaktor.az xəbər verir ki, bu barədə Krallığın Səhiyyə Nazirliyi bəyanat yayıb.

“Səhiyyə Nazirliyi krallıqdan kənardan Ər-Riyada qayıdan şəxsdə meymun çiçəyi xəstəliyinin müəyyən edib. Səhiyyə xidmətləri xəstə şəxslə yaxın təmasda olanları nəzarətə götürüb. Onların hamısı həkim nəzarətindədir”, - deyə məlumatda bildirilir.