Kanada Rusiyaya qarşı sanksiyaları genişləndirdi

Kanada hakimiyyəti Rusiya iqtisadiyyatının neft-qaz, kimya və sənaye sahələrinə qarşı sanksiyalar tətbiq edib.
Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Kanada hökumətinin bəyanatında deyilir.
“2022-ci il iyulun 14-də Kanada Xüsusi İqtisadi Tədbirlər müddəalarına Rusiyanın neft-qaz, kimya və emal sənayesinə iki istehsal xidmətinin göstərilməsini qadağan edən əlavə düzəlişlər edib”, - sənəddə qeyd edilib.
Bəyanatda bildirilir ki, sanksiyalara qara metallurgiya, hazır metal məmulatlarının istehsalı, kompüterlər, elektronika, optika, elektrik avadanlıqları və nəqliyyat vasitələri, həmçinin quru nəqliyyatı və boru kəmərləri daxildir.
Xatırladaq ki, iyulun 8-də Kanada hakimiyyəti Rusiya qızılının və bir sıra məhsulların idxalına qadağa qoyulduğunu elan etmişdi.
Nərmin Vüqarqızı