Şri-Lanka prezidenti rəsmən istefa verdi

 09:54 15.07.2022     325

“Şri-Lanka prezidenti Qotabaya Rajapaksa istefa verib və onun rəsmi istefa məktubu qəbul edilib”.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu Şri-Lanka parlamentinin sədri Mahinda Yapa Abeyvardena jurnalistlərə açıqlamasında deyib.

Spikerin sözlərinə görə, bu andan yeni prezidentin seçilməsi ilə bağlı konstitusiya prosesi başlayacaq. Keçid dövründə konstitusiyaya uyğun olaraq prezidentin səlahiyyətlərini baş nazir icra edəcək.

Nərmin Vüqarqızı