Ruslar Ukraynada iki universiteti yerlə yeksan etdilər - VİDEO

 15:08 15.07.2022     537

Bu gün səhər saatlarında ruslar  Ukraynanın Nikolayev şəhərində iki universitet binasını raket atəşinə məruz qoyub.

Redaktor.az xəbər verir ki, bu barədə video görüntüləri Nikolaev vilayəti hərbi administrasiyasının rəhbəri Vitali Kim Twitter-də yerləşdirib.

"Bu gün terrorçu Rusiya Nikolaevdəki iki ən böyük universitetə ​​hücum etdi. Universitetin binasına 10 raket dəydi. Artıq işğalçılar bizim təhsilimizə hücum edirlər. Bütün demokratik ölkələrin universitetlərindən xahiş edirəm ki, Rusiyanı həqiqətən də terrorçu elan etsinlər".

İLTİFAT