Putindən gözlənilməz TƏYİNAT

 16:27 15.07.2022     367

Rusiya Prezidenti Vladimir Putin “Roskosmos” dövlət korporasiyasının rəhbəri Dmitri Roqozini istefaya göndərib.

Redaktor.az” “TASS”a istinadən xəbər verir ki, V.Putin bu barədə sərəncam imzalayıb.

Putinin digər bir sərəncamı ilə Yuri Borisov Rusiya Baş nazirinin müavini vəzifəsindən azad edilərək “Roskosmos”un baş direktoru təyin edilib. 

Qeyd edək ki, 58 yaşlı Dmitri Roqozin 2018-ci ilin mayından bu vəzifədə çalışıb.