Azərbaycan düşməni erməni prodüser məhkəmə zalında öldü - VİDEO

 18:16 15.07.2022     520

İrəvanda keçirilən məhkəmənin hazırlıq iclası zamanı erməni əsilli rusiyalı prodüser Armen Qriqoryan ölüb.

Halı pisləşən Qriqoryan huşunu itirib və stuldan yıxılaraq ölüb.

Redaktor.az xəbər verir ki, bu barədə “Telegram” sosial şəbəkəsinin erməni seqmentində video yayılıb.

Keçmiş “KVN”çi olan Qriqoryan etnik, irqi və ya dini nifrət salmaqda şübhəli bilinərək saxlanılmışdı.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin versiyasına əsasən, o, müsahibələrində Şirak və Ararat vilayətləri sakinlərinin şərəf və ləyaqətlərini təhqir edib.

 

Vumart və Güvən reklamı Vumart Güvən