Ukraynada işğalçılar pul müqabilində Rusiya pasportları paylayırlar

Ruslar Xerson vilayətində humanitar fəlakət törədiblər. Vilayətin işğal altındakı ərazilərində Rusiya pasportunu alanlara ərzaq barterləri və təqaüdlər ödənilir.
Redaktor.az xəbər verir ki, bu barədə Xerson vilayət şurasının sədr müavini Yuri Sobolevski deyib.
Onun sözlərinə görə, ruslar elə şərait yaradıblar ki, Xerson vilayətinin işğal altındkı ərazilərində qalan əhalinin təxminən 50%-i Rusiya pasportu almaq üçün müraciət etməyə məcbur olub.
Rusiya pasportu üçün müraciət edənlərin böyük bir qismi pensiya almaq imkanından tamamilə məhrum olmuş yaşlılardır.
"Ona görə də bəzi təqaüdçülərin yemək almaq üçün heç olmasa pul qazanmağın yeganə yolu bu pasporta sahib olub Rusların verdiyi təqaüdü almaqdır. Əslində belə insanlar o qədər də çox deyil, amma var.Əlbəttə, bunlar başqa seçimi olmayan insanlardır. Ya acından öləcəklər, ya da hələ də bu qanlı kağız parçasını, sonra isə gündəlik ərzaq üçün pulu alacaqlar ", - Sobolevski deyib.
Hazırda işğalçıların nəzarətində olan ərazidə humanitar fəlakət hökm sürür. Y.Sobolevski qeyd edib ki, insanlar barter sayəsində dolanır.
"Kiçik şəhərlərdə və qəsəbələrdə vəziyyət daha da acılanacaqlıdır.. Axı istənilən ticarət şəbəkəsi praktiki olaraq məhv edilib. Əgər kiçik bir şəhərdə bir-iki mağaza var idisə, hazırda yoxdur. İnsanların isə ümumiyyətlə, heç nə almaq imkanı yoxdur, artıq barter gedir. Bizdə də yaşayış məntəqələri var ki, orada hətta elektrik enerjisinin verilməsində də böyük problem var”.
Bundan əvvəl Xerson Vilayətinin Regional Hərbi Administrasiyanın rəhbəri Dmitri Butriy bildirib ki, Ukrayna hərbçiləri Xersona daxil olanda dünya daha bir "Buça" görəcək, çünki ruslar burda da mülki vətəndaşlara qarşı kütləvi qətliamlar törədiblər.
İLTİFAT