Baydenin Səudiyyə səfəri başladı 

 21:56 15.07.2022     208

ABŞ Prezidenti Co Bayden Səudiyyə Ərəbistanına səfəri başlayıb.

Redaktor.az xəbər verir ki, Bayden Ciddə şəhərinə gəlib.

O, bundan əvvəl İsrail və Fələstində olub.

Baydeni hava limanında Məkkə əmiri şahzadə Xalid əl-Feysəl və Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfiri Rima bint Bəndər Əl Səud qarşılayıblar.