"Ukraynaya qalib gəlməyə kömək etməliyik" - Niderlandın müdafiə naziri

 22:25 15.07.2022     527

"Rusiya müharibədə qalib gəlməməlidir və bunun üçün Ukraynaya hərbi yardımı artırmaq lazımdır".

Redaktor.az  "Amerikanın Səsi"nə istinadən xəbər verir ki, bunu Niderlandın müdafiə naziri Kaysa Ollonqren ABŞ-da səfərdə olarkən deyib.

Ollonqren əmin olduğunu bildirib ki, Ukraynaya hərbi yardımın artırılması şərti ilə təcavüzkarı məğlub etmək realdır.

"Biz Ukraynaya bu müharibədə qalib gəlməyə kömək etməliyik. Onların göstərdiyi şiddətli müqavimətə heyran olmaq kifayət deyil. Biz onlara kömək etməliyik, çünki Ukrayna bizim köməyimizlə sağ qala bilir", - nazir deyib.

O qeyd edib ki, Ukraynanın müdafiəsi üçün ABŞ-ın yaratdığı təmas qrupu hərbi yardımın qurulmasına kömək edəcək və bu yardımın siyasətçilərin gündəmində prioritet olaraq qalacağına zəmanət olacaq.

"İndi Ukraynanın müdafiəsi üçün təmas qrupumuz var. Bu, ABŞ-ın mühüm təşəbbüsüdür. Çünki Rusiya işğalı başlayanda hər bir NATO ölkəsi bacardığını etdi", - Ollonqren əlavə edib.

İLTİFAT