Putin hökumətdə dəyişilik etdi

 22:40 15.07.2022     430

Rusiya prezidenti Vladimir Putin Denis Manturovu Rusiya Federasiyası baş nazirinin müavini - sənaye və ticarət naziri vəzifəsinə təsdiqləyib.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, “Rusiya Federasiyası Baş nazirinin müavini - Rusiya Federasiyasının sənaye və ticarət naziri haqqında” sərəncam iyulun 15-də imzalanıb və Kremlin saytında dərc olunub.

Bundan əvvəl cümə günü Dövlət Duması Manturovun Rusiya Federasiyasının Baş nazirinin müavini - Sənaye və Ticarət Naziri vəzifəsinə təsdiq edilməsinə səs verib.

Manturov parlamentin aşağı palatasının plenar iclasında Dövlət Dumasının deputatlarına göstərilən etimada görə təşəkkür edib və onu doğruldacağına söz verib.

Qedy edək ki, Putinin digər bir sərəncamı həmin vəzifəni daşıyan Yuri Borisov “Roskosmos”un baş direktoru təyin edilib. 

İLTİFAT