Avropa İttifaqından Rusiyaya yeni qadağalar

 09:25 16.07.2022     488

Avropa Komissiyası (AK) rəsmi Moskvaya qarşı yeni sanksiyalar paketi, o cümlədən Rusiyanın qızıl idxalına embarqo təklif edib və bu sanksiyalar gələn ilin yanvar ayına qədər uzadılıb.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının cümə günü yaydığı bəyanatda deyilir.

"Buna görə də biz bu gün təklif edirik ki, Avropa İttifaqının Kremlə qarşı sanksiyalarını sərtləşdirək, onları daha effektiv tətbiq edək və 2023-cü ilin yanvarına qədər uzadaq", - AK prezidenti Ursula Leyen bildirib.

AK prezidenti qeyd edib ki, bugünkü paket Rusiya qızılına yeni idxal qadağası tətbiq edəcək, eyni zamanda onların ikili istifadə və qabaqcıl texnologiya ixracına nəzarətini gücləndirəcək:

"Bununla o, Avropa İttifaqı sanksiyalarının G7 tərəfdaşlarımızın sanksiyaları ilə uyğunlaşdırılmasını gücləndirəcək. O, həmçinin hesabat tələblərini gücləndirəcək".

Nərmin Vüqarqızı