Ruslar daha bir şəhəri bombardman etdi

 09:36 16.07.2022     423

Gecə Rusiya ordusu Ukraynanın Xarkov vilayətinin Çuquyev şəhərinə raketlə zərbələr endirib. Nəticədə ölənlər və yaralananlar var.

Redaktor.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin Xarkov vilayəti üzrə Baş İdarəsi məlumat yayıb.

"İyulun 16-da saat 03:20-də Çuquev raket hücumuna məruz qalıb. Bombardman nəticəsində ikimərtəbəli yaşayış binası qismən dağılıb. Evin konstruksiya materialları 40 kvadratmetr sahədə yanıb. 2 nəfər yaralanıb, 1 nəfər dağıntılar altından xilas edilərək xəstəxanaya çatdırılıb. Xilasetmə qrupları həmçinin bir kişi və bir qadın cəsədini dağıntılar altından çıxarıb",- məlumatda bildirilib.

Nərmin Vüqarqızı