Şoyqu Ukraynada bütün istiqamətlərdə hücuma keçmək əmri verdi

 12:32 16.07.2022     612

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynada cəbhənin bütün istiqamətlərində hücuma keçmək üçün əmr verib.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Sergey Şoyqu Rusiyanın Ukraynadakı “Cənub” və “Mərkəz” qoşunları qruplaşmasını təftiş edib.

Məlumata görə, nazir bütün əməliyyat zonalarında qrupların hərəkətlərinin daha da artırılması üçün lazımi göstərişlər verib.

Vumart və Güvən reklamı Vumart Güvən