Bu ölkədə 237 nəfər istidən öldü

İspaniyada iyulun 10-dan 14-dək havanın temperaturunun yüksək olması səbəbindən 237 nəfər ölüb. Ən çox insan təlafatı iyulun 14-də qeydə alınıb. Belə ki, həmin gün krallığın 93 sakini dünyasını dəyişib.
Redaktor.az xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.
Sinoptiklərin məlumatına görə, son günlər İspaniyada havanın temperaturu 40 dərəcədən yüksəkdir, bəzi bölgələrdə isə 45°-yə çatıb.