Türkiyədəki meşə yanğınları nəzarətə alındı

 13:38 16.07.2022     214

Türkiyənin Manisa şəhərində Kocaağan kəndi ərazisindəki meşədə səhər saat 10:00 radələrində yanğın baş verib.

Redaktor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, küləyin təsiri ilə alov sürətlə yayılıb. Yanğının baş verdiyini görən ətrafdakıların xəbərdarlığı ilə bölgəyə 4 söndürmə helikopteri, 10 su nasosu və çoxlu sayda meşə təsərrüfatı işçisi göndərilib.

Hava və quru qruplarının müdaxiləsi ilə yanğın çox qısa müddətdə nəzarət altına alınıb. 

Ərazidə soyutma işləri davam edir.

Nərmin Vüqarqızı