Ermənistanda əsgər öldü

 14:10 16.07.2022     214

Ermənistan Silahlı Qüvvələrinin kiçik çavuşu, 1985-ci ildə anadan olmuş Kristine Çiçyan naməlum şəraitdə ölüb.

Redaktor.az xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb.

Məlumata görə, ölüm bədbəxt hadisə nəticəsində baş verib. Çiçiyan yaralı halda hospitala gətirilsə də, həkimlər onun həyatını xilas edə bilməyib.

Ölüm faktı üzrə cinayət işi başlayıb, araşdırma aparılır.