"Tbilisinin Azərbaycan-Ermənistan dialoqunda vasitəçiliyi davam edəcək"

 15:03 16.07.2022     697

"Azərbaycan və Ermənistan arasında Tbilisidə dialoq formatının davam etidirlib-etdirilməyəcəyi barədə heç nə deyə bilmərəm. Ən əsası odur ki, bu gün həmkarlarımın dialoqu baş tutur".

Redaktor.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili jurnalistlərə açıqlamasında deyib.

Nazir dialoq prosesinin nəticələr verəcəyinə əminliyini ifadə edib: "Bu prosesin davam etdirilməsinə zərurət yaranacağı halda, Gürcüstan hökuməti əvvəllər olduğu kimi bu dialoq üçün mütləq vasitəçilik edəcək" (report).

Vumart və Güvən reklamı Vumart Güvən