Rusiyada helikopter radardan itdi

 16:26 16.07.2022     287

Rusiyanın Kamçatka bölgəsində “Robinson” helikopteri radardan itib.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, radardan itən helikopterin göyərtəsində üç nəfərin olduğu bildirilib.

Qeyd olunub ki, ilkin məlumatlara görə, helikopter Uzon vadisindən havaya qalxaraq Milkovo kəndinə doğru gedib. Təyin olunmuş vaxtda helikopter əlaqəyə çıxmayıb.

Aviasiya xidmətləri helikopterin məcburi və ya qəza enişi edə biləcəyini istisna etməyib. Helikopterin axtarışına Kamçatkada gün açılan kimi başlanılacaq. Federal Hava Nəqliyyatı Agentliyindən bildirilib.

Radardan itən helikopterin sükanı arxasında rusiyalı biatlonçu İqor Malinovskinin olduğu bildirilir.