Ərdoğan İrana gedəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 18-də İrana səfər edəcək.
Redaktor.az xəbər verir ki, Ərdoğan səfər çərçivəsində İran rəsmiləri ilə ikitərəfli görüşlər keçirəcək.
O, eyni zamanda, Tehranda İran-Türkiyə əlaqələri üzrə ali komitənin və Astana prosesi çərçivəsində Suriya mövzusu üzrə Zirvə toplantısında iştirak edəcək.