Xəzər dənizindən Ukraynaya 6 raket atıldı

 23:31 16.07.2022     1527

Rusiya ordusu son sutkada Xəzər dənizi regionundan Ukraynaya 6 raket atıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

Altı ədəd “X-101” (X-555) raketi “Tu-95MS” bombardmançı təyyarədən atılıb.

Saat 16:30 radələrində Dnepropetrovsk vilayətinin Zaporojye şəhərində Hava Hücumundan Müdafiə Bölmələri tərəfindən dörd raket məhv edilib.

Digər ikisi Çerkassı vilayətindəki boş əraziyə düşüb.