Özbəkistan Rusiya ilə avtobus reyslərini bərpa etdi

Özbəkistan Respublikası COVID-19 pandemiyası ilə əlaqədar Rusiya Federasiyasına dayandırılmış avtobus reyslərini bərpa edir.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Özbəkistanın Nəqliyyat Nazirliyi məlumat yayıb.
“Moskva, Kazan və Sankt-Peterburq şəhərləri ilə müntəzəm avtobus reysləri bərpa olunacaq” - məlumatda qeyd olunur.