Bayden impiçmentlə üzləşə bilər

Demokratlar Partiyası payız seçkilərində Senat və Nümayəndələr Palatasında zəifləsə, ABŞ Prezidenti Co Bayden impiçmentlə üzləşə bilər.
Redaktor.az xəbər verir ki, bu barədə “Newsweek” nəşri məlumat yayıb.
Nəşr qeyd edir ki, respublikaçılar buna təşəbbüs göstərmək niyyətlərini artıq bəyan ediblər.
May ayında Massaçusets Universitetində keçirilən sorğuya əsasən, respublikaçıların 68 %-i impiçmenti dəstəkləyib.