Dünyada koronavirusla bağlı vəziyyət yenə ağırlaşır 

 10:01 17.07.2022     268

Ötən gün ərzində dünyada koronavirusa 406 214 yeni yoluxma aşkarlanıb, COVID-19 diaqnozu qoyulmuş daha 596 nəfər xəstəlikdən dünyasını dəyişib.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda dünyada aktiv koronavirus xəstələrinin sayı 22 425 527 nəfərdir, onlardan 39 48 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Pandemiya ərzində dünyada COVID-19-a ümumilikdə 566 657 234 insan yoluxub, 6 386 273 nəfər vəfat edib, eyni zamanda koronavirus diaqnozu qoyulmuş 537 862 025 nəfər sağalıb.

Dünyada COVID-19-a ən çox yoluxma və ölüm ABŞ-da qeydə alınıb. Pandemiya ərzində Birləşmiş Ştatlarda 91 170 571 nəfərdə təhlükəli virus aşkarlanıb, 1 048 693 insan ölüb.

Siyahıda yoluxma üzrə sonrakı yerlərdə Hindistan (43 730 071), Braziliya (33 250 117), Fransa 32 818 901, Almaniya (29 692 989), Böyük Britaniya (23 075 360), İtaliya (19 985 479) qərarlaşıb.

Pandemiya ərzində koronavirusdan ikinci ən çox ölüm halı Braziliyada qeydə alınıb. Cənubi Amerikanın bu ölkəsində 675 145 nəfər koronavirusun qurbanı olub.

Hindistan təkcə Cənubi Asiyada deyil, ümumilikdə dünyada koronavirusdan ən çox ölüm hallarının qeydə alındığı ölkədir. Burada COVID-19-dan ölənlərin sayı 525 660 nəfərə çatıb.