Ukraynanın ABŞ-dan “F-16”ların alacağı tarix açıqlandı

 10:30 17.07.2022     235

Ukrayna Hərbi Hava Qüvvələri Amerika “F-16”-larını nə vaxt alacağını bildirib.

Redaktor.az xəbər verir k, bu barədə “Radio NV”-yə müsahibəsində Ukrayna Hərbi Hava Qüvvələri komandanlığının sözçüsü Yuri İqnat məlumat verib.

 

Hökumət bütün səviyyələrində tərəfdaşlarımızla danışıqlar aparır. Bu ilk növbədə hava hücumundan müdafiədir. Pilotların hazırlanması və qırıcıların əldə edilməsinə bəlkə də daha qapalı dairələrdə qərar veriləcək”,- deyə İqnat bildirib.

O, ukraynalı pilotların “F-15” və “F-16” qırıcı təyyarələrini idarə etmək üçün hazırlığı ilə bağlı qanun layihəsinin ABŞ Konqresinə təqdim edildiyini təsdiqləyib.