Almaniyanın bu qışı keçirə biləcək qədər qaz ehtiyatı qalmayıb

 10:41 17.07.2022     418

“Hazırda Almaniyanın qaz anbarları Rusiyadan qaz verilmədən qışı keçirə biləcək qədər dolu deyil”.

Redaktor.az xəbər verir ki, bu sözləri Federal Şəbəkə Agentliyinin (Almaniya tənzimləyicisi - Report) rəhbəri Klaus Müller “Bild am Sonntag” qəzetinə müsahibəsində bildirib.

“Qaz anbarları demək olar ki, 65% doludur. Bu, əvvəlki həftələrlə müqayisədə yaxşıdır, lakin hələ də Rusiya qazı olmadan qışdan çıxmaq üçün kifayət deyil. “Şimal axını” qaz kəmərində profilaktik işlər cümə axşamı başa çatdırılmalıdır. Bundan sonra qazın kəmərdən keçib-keçməyəcəyindən çox şey asılıdır ”, - deyə o, əlavə edib.