Rusiyada yanan evdə 7 nəfərin cəsədi aşkarlandı

 11:39 17.07.2022     372

Rusiyanın Tomsk vilayətinin Kolbinka kəndində yaşayış evində yanğın olub.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Omsk vilayət İdarəsi məlumat yayıb.

 

Birmərtəbəli taxta evdə gecə saat 01.18 radələrində baş verən yanğın saat 06.31 radələrində söndürülüb. Yanğın söndürüldükdən sonra evdə 5-i uşaq olmaqla, 7 nəfərin cəsədi aşkarlanıb.