Türkiyədə avtobus aşdı:  onlarla yaralı var

 14:31 17.07.2022     180

Qardaş ölkə Türkiyənin Kayseri şəhərində turistləri daşıyan avtobus qəzaya uğrayıb.

Redaktor.az Anadolu agentliyinə istinadən xəbər verir ki, qəza nəticəsində 30 nəfər xəsarət alıb.

Qara dəniz turundan Mersin şəhərinə gedən avtobus əvvəlcə yolun kənarındakı yol nişanına çırpılıb, daha sonra isə yana çevrilib.