Roma Papası Ukrayna ilə bağlı çağırış etdi

 15:48 17.07.2022     181

Roma Papası Fransisk Ukraynada münaqişənin nizamlanması üçün danışıqlar prosesini tez bir zamanda bərpa etməyə çağırıb.

Redaktor.az xəbər verir ki, Papa belə bir bəyanatla Müqəddəs Pyotr meydanında ənənəvi bazar günü xütbəsindən sonra çıxış edib.

“Xahiş edirəm ki, bütün beynəlxalq oyunçular Ukraynada danışıqlar prosesini bərpa etmək üçün səylərini əsirgəməsinlər. Müharibələrin yalnız ölümlə nəticələndiyini, xalqları bir-birindən uzaqlaşdırdığını, həqiqəti və dialoqu öldürdüyünü necə başa düşməmək olar?”, - pontifik bildirib.

O, gələn bazar günü (24 iyul - Red) Kanadaya apostol səfərinə gedəcəyini xatırladıb, bunu yoxlama və tövbə ziyarəti adlandırıb: “Məhz Kanadada dini qurumların üzvləri də daxil olmaqla bir çox xristianlar yerli xalqlar üçün zərərli olan mədəni assimilyasiya siyasətini təbliğ edirdilər. Ümid edirəm ki, Tanrı artıq başlamış barışdırıcı şəfa yolu ilə getməyə kömək edəcək”, - deyə Papa əlavə edib.