İt məşhur narkobaronu kolların arasında TAPDI

 16:01 17.07.2022     189

Meksikalı narkobaron Rafael Caro Quintero it sayəsində kolların arasından tapılıb.

Redaktor.az dünya mətbuatına istinadən xəbər verir ki, Meksika Hərbi Dəniz Qüvvələri ABŞ-ın ən çox axtarılanlar siyahısında olan meksikalı narkobaron Rafael Caro Quinteronun ölkənin qərbindəki Sinaloa əyalətində həbs edildiyini açıqlayıb.

Quintero 1985-ci ildə Amerikanın narkotik əleyhinə agentini oğurlamaq, işgəncə vermək və öldürməkdə ittiham olunur.

Donanma, 69 yaşında olduğu güman edilən Quinteronun gizləndiyi kolluqlarda Maks adlı xüsusi təlim keçmiş it tərəfindən tapıldığını açıqlayıb.

Birləşmiş Ştatlar Quinteronun dərhal deportasiyası üçün çalışacağını bildirib.