Rusiyanın yük maşınları Latviya sərhədində qalıb

 18:23 17.07.2022     210

Latviyadan Rusiyaya çıxışda, dövlət sərhədində yük maşınlarının növbəsi yaranıb.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, 1250 yük maşını Rusiyaya daxil olmaq üçün gözləyir.

Avtomobillərin 850-si Terexovo sərhəd-keçid məntəqəsində, qalanları isə Qrebnevoda toplaşıb.

Qeyd edək ki, maşınların bu sərhəd məntəqələrində gözləmə müddəti artıq altı günə çatır.

Bildirilir ki, Ukraynada müharibə başlayandan Rusiya gömrük xidmətləri ilə əlaqə kəsildiyi üçün məlumat mübadiləsinin olmaması ciddi problemlər yaradır.