İtaliyada yüzlərlə təyyarə reysi təxirə salındı

 20:48 17.07.2022     430

İtaliyada aviasiya personalının tətili səbəbindən ən azı 400 yerli və beynəlxalq reys ləğv edilib.

Redaktor.az  xəbər verir ki, ölkədə “Ryanair”, “Volotea”, “easyJet” və “Malta Air” şirkətlərinin əməkdaşları tətilə qoşulublar.

Həmçinin, İtaliyanın “Ita Airways” aviaşirkəti bazar günü 122 reysin ləğv edildiyini açıqlayıb.

Bununla yanaşı, həmkarlar ittifaqlarının bəyanatına əsasən, İtaliya Milli Mülki Aviasiya Xidmətinin (ENAV) hava hərəkəti dispetçerləri də fəaliyyətini dayandırıb.